Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 17-də səfərdə Rusiya, sentyabrın 21-də isə Bakıda Danimarka millisi ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, seçmə oyunlara hazırlıq məqsədilə bugündən sentyabrın 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək millinin heyəti açıqlanıb. Qeyri-adidir ki, 22 nəfərlik heyət üzvlərindən 20-si (?!) ölkə xaricində çıxış edən futbolçulardır.
Düşərgəyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Şərifova Aytac "Okjetpes" (Qazaxıstan)
2. İsmayılova Günay "Kireçburnu" (Türkiyə)
3. Əliyeva Nərgiz "Nike" (Gürcüstan)
4. Mirzəliyeva Nigar "Rubin" (Rusiya)
5. Məmmədova Kamilla "Rubin" (Rusiya)
6. Hacıyeva Nərgiz "Fomget Genclik ve Spor" (Türkiyə)
7. Mollayeva Manə "VDV Ryazan" (Rusiya)
8. Dorofeyeva Alina "Yenisey" (Rusiya)
9. Əhmədova Ayşən "ALG Spor" (Türkiyə)
10. Məhsimova Jalə "Zenit" (Rusiya)
11. Nahmədova Alina "Balxurma"
12. Bakarandze Kristina "Lançxuti" (Gürcüstan)
13. Əliyeva Aysun "Fomget Genclik ve Spor" (Türkiyə)
14. Rəhimova Sona "Nike" (Gürcüstan)
15. Əliyeva Coşqunə "Nike" (Gürcüstan)
16. Hacıyeva Vüsalə "Nike" (Gürcüstan)
17. Seyfəddinova Vüsalə "ALG Spor" (Türkiyə)
18. Teymurova Firəngiz "Okjetpes" (Qazaxıstan)
19. Məmmədova Diana "Yenisey" (Rusiya)
20. Məmiyeva Nəzrin "8 – İOEUGiM"
21. Bozdağ Peritan Hakkarigücü (Türkiyə)
22. Koyun Bilge Su Fatih Vətən (Türkiyə)