Bu gün Türkiyə millisinin baş məşqçisi Şenol Güneşin taleyinə aydınlıq gələ bilər.
Fanat.Az xəbər verir ki, uğursuz çıxışını davam etdirən yığmanın çalışdırıcısı bu gün Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirlə görüşəcək. TFF-nin Rivadakı mərkəzi ofisində baş tutacaq toplantı Bakı vaxtı ilə saat 12.30-da başlayacaq.
Türkiyə mətbuatı çalışdırıcının istefaya göndərilmək ehtimalının olduğunu yazır. Hətta bu qərarın qəbul olunmaq ehtimalı yüksək qiymətləndilir.
Qeyd edək ki, Şenol Güneş 2019-cu ildən Türkiyə millisinə başçılıq edir. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında B liqasından C liqasına yuvarlanıb, AVRO-2020-də hər üç oyunu uduzub və cəmi bir qol vurub. "Ay-ulduzlular" DÇ-2022-nin seçmə mərhələsində də uğursuz çıxış edir. Belə ki, komanda 6 turdan sonra 11 xalla 3-cü pillədə qərarlaşıb və son olaraq Niderlanda 1:6 hesabı ilə yenilib.