UEFA Azərbaycan - Portuqaliya (0:3) oyunundan video-epizod paylaşıb.
Fanat.Az xəbər verir ki, ilk yarıya təsadüf edən bir epizodda rəqibin oyunçusu Joau Kanselu bir neçə saniyə ərzində topu iki futbolçumuzun, əvvəlcə Filip Ozobiçin, ardından Təmkin Xəlilzadənin ayaqlarının arasından keçirir.
Avropa futbol qurumu videonu "EURO 2020"də rəsmi tərəfdaşı olan "Hisense Sports"un "Günün ən baxımlı driblinqi" qoşması ilə paylaşıb. "Not one, but TWO nutmegs" paylaşımı isə qıcıq yaratmaya bilməz.