Qadın futbolçular arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsi görüşündə millimiz Danimarka seçməsi ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, artıq matçı idarəcək hakimlərin kimliyi də bəlli olub.
FIFA referisi Zuzana Valentovaya Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcək. Dördüncü hakim funksiyasını Maria Krçova yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 21-də Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq Azərbaycan – Danirmarka görüşü saat 20:00-da başlayacaq.