17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komandamız Albaniya yığması ilə qarşılaşıb.
Təmsilçimiz iki qırmızı vərəqə alıb və tərəflər meydanı heç-heçə ilə tərk edib.
Azərbaycan millisi daha əvvəl Monteneqroya 1:6 hesabıyla yenilmişdisə, qrup oyunlarına ev sahibliyi edən Albaniya isə eyni rəqibə1:8 hesabıyla uduzmuşdu. Beləliklə, Monteneqro qrup lideri olubsa, yığmamız ikinci yeri tutub.
AÇ-2022-nin seçmə mərhələsi
30 sentyabr
Azərbaycan – Albaniya 3:3
Qollar: Şəkər Piriyeva, 29; 40. Sümeyra Kəsməz, 45+2 – Klaudiya Borsi, 7. Juarda Alijay, 21. Jehona Coka, 86.
Qırmızı vərəqələr: Lalə Abbaszadə 20, Şəkər Piriyeva, 53
Baş hakim: Marina Krupskaya (Rusiya).