17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun koronavirus testi pozitiv nəticələnib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytına məlumat yayıb.
"Sabah"ın futbolçusu Həmzəalı Mikayılov, "Səbail"in oyunçusu Adəm Topalov və “Qarabağ”ın futbolçusu İbrahim Ağayarov bu səbəbdən seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, U-17 AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.