
Oktyabrın 9-da Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək İrlandiyanın hücumçusu Kalum Robinson iki dəfə virusa yoluxmasına baxmayaraq, Covid-19 peyvəndi vurdurmayıb.
Fanat.Az xəbər verir ki, bu haqda yerli mətbuata açıqlama verən Robinson virusa yoluxduğuna görə iki dəfə beynəlxalq oyunlarında iştirak edə bilmədiyini etiraf edib.
"Vest Bromviç"in futbolçusunun testi ilk dəfə keçən ilin noyabr ayında müsbət çıxıb, nəticədə İngiltərə, Uels və Bolqarıstanla matçları buraxıb. 2021-ci ilin avqustunda yenidən test nəticələri pozitiv olub və belədə Portuqaliyaya qarşı Dünya Çempionatının seçmə oyununda iştirak edə bilməyib.
"Bu hər kəsin şəxsi seçimidir. Kiməsə məsləhət görmürəm ki, peyvənd olunsun və ya olunmasın. İnsanları yönəldə bilmərəm. Bunu etməyimi istəyən idarəçilər və insanlar var, bu onların haqqıdır. Bilirəm, belədə xəstələnmə riskim və ya başqalarını xəstələndirmək riskim var. Amma risk hər zaman və hər yerdə var. Hər kəsin öz seçimi var. Ancaq bədən mənimdir və hələlik peyvənd olunmaq istəmirəm. Millinin heyətində mütəmadi test olunuruq, hər iki və ya üç gündənbir sınaq keçiririk".
Millinin baş məşqçisi Stiven Kenni də bu duruma münasibət bildirib: "İdeal olaraq bütün komandanın peyvənd olunması yaxşıdır. Ancaq bu durumda israr edə bilmərik. Fərdlərin hüquqlarına da hörmət etməliyik".
Mirağa