Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Almaniyanın Qərb Regional Liqasının ən bahalı 10 futbolçusundan sırasındadır.
Fanat.Az xəbər verir ki, "Şalke"nin əvəzedici komandasında oynayan Rüfətin transfer qimətini "Transfermarkt" portalı 200 min avro ilə dəyərləndirir.
Bu göstərici ilə "Şalke"nin əsas komandasında oynamaq imkanı qazanan Dadaşov liqanın ən bahalıları arasında 8-cidir.
İlk üçlüyə gəlincə, Vişle Lemperle ("Köln", 1 milyon avro) liderdir. Kərim Çalhanoğlu ("Şalke-2", 800 min) 2-ci pillədə qərarlaşıbsa, Konor Noss ("Borussiya Mönhemqladbax -2", 400 min) üçüncüdür.