
"Bursaspor" yeni mövsüm hazırlıqları çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "yaşıl-ağlar" yoldaşlıq qarşılaşmasında "Pendikspor"la üz-üzə gəlib.
Oyunun gedişində 2:0 hesabı ilə geriyə düşən "Bursaspor" xarakter nümayiş etdirərək hesabı bərabərləşdirməyi (2:2) bacarıb. Komandanın qollarını Linkoln və Emir Kaan Gültəkin vurublar.
Azərbaycan millisinin üzvü Toral Bayramov da bu gərgin sınaqda meydanda olub.
Futbolçumuz start heyətində şans qazanıb.
Kamil Xudiyev