UFC-nin yüngül çəkili döyüşçüsü Dastin Puarye (Dustin Poirier) azarkeşlərin Konor Makqreqorun (Conor McGregor) təhqiramiz açıqlamaları ilə bağlı suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə "MMAJunkie" portalı məlumat yayıb.
Amerikal döyüşçü Konora bir o qədər də önəm vermədiyini bildirib:
"Mənə maraqlı deyil - bu məni o qədər də narahat etmir. Belə işlərini görəndə düşünürəm ki, yəqin bu insan dəlidir.
Ayağını müalicə etmək əvəzinə, boş-boş işlərlə məşğuldur".
Xatırladaq ki, Dastin Puarye ilə keçirdiyi son döyüşün ilk raundunda Makqreqorun ayağı sınmışdı. Görüş dayandırılmış və Fransa əsilli ABŞ idmançısı texniki nokautla qalib gəlmişdi.
Emin Şəmsiyev