Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda vətəndaşların acınacaqlı sosial vəziyyətinə münasibət bildirib.
Fanat.Az "Sportexpress" saytına istinadən xəbər verir ki, idmançı ölkəsindəki vəziyyətdən narazılıq edib.
"Dağıstan çox zəngin bir bölgədir, amma sosial baxımdan çox zəif yaşayırıq. Sizə öz bacımdan misal gətirim. İngilis dili müəlliməsi olan bacım ayına 11 min rubl (257 azn) maaş alırdı. Mən onu işdən çıxardım. Çünki özünün üç uşağı ola-ola bu maaşa işləməsi absurddur. 11 min rubl ingilis dili müəlliməsi üçün nədir axı? Düşünürəm ki, bu, böyük problemdir".
Xatırladaq ki, Həbib Nurməhəmmədov Dağıstan Respublikasının fəxri üzvu və ən yüksək mükafat olan - "Dağıstan Respublikası üçün xidmətlərinə görə" ordeninin sahibidir.
Emin Şəmsiyev