Martın 22-də Fransanın Mets şəhərində start götürəcək X Beynəlxalq Abilimpiya Çempionatına qatılacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Abilimpiya Federasiyasından Fanat.Az-a verilən məlumata görə, dörd gün davam edəcək yarışda yığmanın 15 üzvü qüvvəsini sınayacaq.
Turnirdə Cəmilə Məmmədli (mətn tərtibi), Oruc Salehov (dərzilik), Toğrul Bağırov (çörək bişirmə), Fərəc Əlimirzəyev (masaj), Əfsanə Tağıyeva (dulusçuluq), Əbülqasım Nəzərov (proqramlaşdırma), Ənvər Hüseynov (kompüter yığılması), Rüfət Babayev (kompüter yığılması), Umud Rüstəmov (poster dizayn), Natiq Əhmədov (aşpazlıq), Elşən İsmayılov (web səhifələrin hazırlanması), Asif Qasımov (ağac üzərində oyma), Nərmin İsmayılova (ağac üzərində oyma), Orxan Əliyev (multimedia jurnalistikası), Leyla Rəsulova (Milçə ilə toxuculuq) mübarizə aparacaq.