Azərbaycanın güllə atıcılığı üzrə paralimpiya millisinin üzvləri Almaniyanın Hannover şəhərində keçirilən turnirdə daha bir medal qazanıblar.
Fanat.Az xəbər verir ki, kişilərin komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev) pnevmatik tapançadan 10 metrəyə atışda (P1) gümüş medal qazanıb.
Eyni zamanda millimizin üzvü Rafiq Əliyev yüksək nəticə göstərərək dünya çempionatına lisenziya qazanıb.
Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək çünya çempionatında iştirak üçün lisenziya qazandırır.