Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Bəhreynin Manama şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, idmançı baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında yarışa qatılacaq.
Bu gün start götürən turnir mayın 23-də başa çatacaq.
Qeyd edək ki, yarış Paris--2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.