Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən qran-pridə uğurlu çıxış edib.
Fanat.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində, K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü qızıl medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.