16:15 14.08.2021 1053

Avropa rekordçumuz: "Mənim üçün əyarın fərqi yoxdur"

Azərbaycanı Tokio 2020 Yay Paralimpiya Oyunlarının atletika yarışlarında təmsil edəcək Samir Nəbiyev Fanat.Az-a müsahibə verib. Nüvə itələmə üzrə mübarizə aparacaq dünya və Avropa çempionatlarının mükafatçısı məsul yarışa hazırlığından danışıb, iddiasını açıqlayıb.

- Tokio 2020 üçüncü Paralimpiadanız olacaq. Artıq kifayət qədər təcrübə toplamısınız. Nə düşünürsünüz, nəhayət, hədəfə çatmaq mümkündürmü?

- Bu yolda əlimdən gələni əsirgəməmişəm. Artıq beş ildir ki, Paralimpiadaya hazırlaşırıq. Hər şeyi yarış göstərəcək. Hazırda son hazırlıq mərhələsindəyik. İnşallah, avqustun 19-da geniş tərkiblə Tokioya yola düşəcəyik. Mənim üçün əyarın gümüş, ya bürünc olmağınının fərqi yoxdur, əsas odur ki, medalsız qayıtmayım. Bütün əsas yarışlardan mükafatım var, bircə Paralimpiya Oyunlarından başqa. İllərdir bunun uğrunda "savaşıram".

- Nüvə sizə daha əlverişlidir, ya ilk Paralimpiya Oyunlarında çıxış etdiyiniz diskatma?

- Disk mənim əsas növümdür. Avropa rekordu hələ də mənə məxsusdur. Təəssüf ki, bizim kateqoriyanın Paralimpiya Oyunlarına yolunu bağladılar. Amma nüvədə kifayət qədər təcrübə yığmışam. Rio 2016-da bir neçə aylıq hazırlıqla 6-cı yeri tutmuşdum. İndi 6 ilə yaxındır bu növlə məşğulam. Çəkilən zəhmətin bəhrəsini görərik, inşallah.

- Nüvə itələmədə maksimum göstəriciniz neçə olub?

- Məşqlərdə ən yaxşı halda 14.50 metr atmışam. Bunu təkrarlasam, böyük ehtimalla medalım olacaq. Nəticəm son Paralimpiya çempionunun göstəricisini də üstələyir. Ancaq bildiyiniz kimi, məşqlə yarışın ab-havası fərqlidir.

Bizimlə bir kateqoriyada yarışan braziliyalı idmançı öz ölkəsində keçirilən son Oyunlarda medalsız qalmışdı, amma iki il əvvəl 14,68 atıb dünya çempionu oldu. Yəni belə dəyişikliklər həmişə mümkündür.

Mən isə orada 14.06 ilə 4-cü yeri tutdum və beləliklə, Paralimpiadaya lisenziya aldım. Bu mənim şəxsi rekordum idi. Digər yanaşmamdakı 14.32 nəticəmi hakimlər saymadılar. Halbuki heç bir tutarlı əsas yox idi. Sayılsaydı, medal qazanacaqdım.

- Olimpiyaçılarımızın bir çoxu Tokio ilə Bakı arasındakı saat fərqinin çıxışlarına təsir etdiyini bildirib. Bu, sizi narahat eləmir?

- Xeyr. Azərbaycanla saat fərqi çox olan ölkələrdə yarışlara qatılmışam. Elə bir problem yaşamamışam. Həm mən mübarizəyə bir xeyli gec - sentyabrın 3-də qoşulacağam, ölkəyə uyğunlaşmaq üçün kifayət qədər vaxtım olacaq. Əsas zədə olmasın. Şükür Allaha ki, bura qədər problemsiz gəlmişik.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" inamlı qələbəyə sevindi

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X