Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə komandası 26-28 oktyabr tarixlərində Gürcüstanın Bakuriani şəhərində “Bakuriani 2021 IBSA Powerlifting European and World Championships” yarışında iştirak edəcək.
MPK-dan Fanat.Az-a verilən məlumata görə, yığma üzvləri bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüblər.
Qeyd edək ki, yarış görmə məhdudiyyətli idmançılar arasında təşkil olunacaq və komandamız ilk dəfə bu turnirə qatılacaq.