17:49 23.10.2021 721

İlham Zəkiyev XTQ komandanı Hikmət Mirzəyevlə görüşdü - FOTO

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevlə görüşüb.

Fanat.Az xəbər verir ki, tanınmış idmançı Vətən Müharibəsi Qəhrəmanı ilə görüşünü əks etdirən fotonu sosial şəbəkə hesabında paylaşıb. 

Saytımıza danışan Zəkiyev görüş barədə təəssüratlarını bölüşüb: 

"Vətən müharibəsindən sonra qəhrəman generalımızla görüşüb, onu qələbə münasibəti ilə təbrik etmək, ürəkdən gələn xoş sözlərimi çatdırmaq istəyirdim. Araya müəyyən işlər, Paralimpiada düşdü. 

Səmimi görüş oldu. Cənab general Tokioda qazanılan uğur münasibətilə məni təbrik etdi, Paralimpiya komandamız haqda xoş sözlər söylədi. Zədəmlə maraqlandı. Dedim ki, yarışda koreyalı idmançı ilə güləşəndə ayağımın iki barmağı sındı. Həkimlər sarğı edəndə güləşib-güləşməyəcəyimi soruşdular. Mən də cavabında “Mən qalib ölkənin nümayəndəsiyəm. Bizim əsgərlər yaralı halda belə, döyüşlərini davam etdirirdilər. Birmənalı olaraq güləşəcəyəm. Tez ayağımı sarıyın” dedim.

Sonda Hikmət Mirzəyev mənə XTQ-nin xatirə hədiyyəsini təqdim etdi. Həmin suveniri dəyərli xatirə kimi medal və təltiflərimdən ibarət guşəyə qoyacam".

Qeyd edək ki, İlham Zəkiyev I qrup Qarabağ müharibəsi əlilidir. O, 1999-cu ildə Füzuli rayonunun işğal altında olan Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gələrək görmə qabiliyyətini itirib. 7 dəfə Avropa, 2 dəfə isə dünya çempionatının qızıl medalını qazanan paralimpiyaçı 2017-ci ildən Milli Paralimpiya Komitəsinin vitse-prezidenti postunu tutur.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Noyabr 2021
02:26

Levandovski qazandığı uğurdan danışdı

01:44

La Liqa: Turun son oyunu heç-heçə bitdi

00:50

"Çelsi" ilin klubudur

00:46

"Qızıl top" 7-ci dəfə Messiyə verildi

00:39

Lev Yaşin mükafatına italiyalı sahib çıxdı

00:11

"Yuventus" yenidən B Seriyasına göndərilə bilər 

00:00

İlin ən yaxşı hücumçusu Levandovskidir

29 Noyabr 2021
23:47

Ən yaxşı gənc futbolçu "Barselona"nın yarımmüdafiəçisidir

23:39

"Qızıl top" "Barselona"lı xanımındır

22:52

Super Liqa: "Fənərbağça" 1 xalla kifayətləndi

22:10

FIFA Puşkaş mükafatına namizədlərin siyahısını açıqladı

21:51

Klublararası dünya çempionatının püşkü atıldı

21:16

Daha bir ulduz "Qızıl top"un təqdimat mərasimində olmayacaq

20:34

Ronaldu "Qızıl top"un təqdimat mərasimindən imtina etdi

19:00

"Uçan eşşəklər", "qoyunlar", "xoruz döyüşü" - Ən maraqlı klub ləqəbləri

18:30

"Mançester Siti" kimi pulumuz yoxdur"

18:27

"Hamıya aydın idi, bircə hakim qərar verə bilmədi" - Elmar Baxşıyev

18:17

"Qəbələ" göstərdi ki, buna layiqdir" - Qurban Qurbanov

18:00

UEFA Konfrans Liqası: "Qarabağ" ən yaxşılar arasında

17:52

"Qarabağ" Qəbələdə büdrədi - YENİLƏNİB

17:47

Transfer şayiələri: "İnter" bir klubun üç futbolçusuna "elçi düşüb"

17:23

Nazir müavinləri işdən çıxarıldı, yeniləri təyin edildi

17:03

Millinin baş məşqçisi müəyyənləşir: İcraiyyə Komitəsinin iclası keçiriləcək

16:49

Cüdoçularımız Monqolustana gedə bilər

16:24

Turun hakim təyinatları açıqlandı

16:06

AFFA-dan Mingəçevir stadionuna hədiyyə

15:43

"Mançester Yunayted"in yeni baş məşqçisi açıqlandı - RƏSMİ

15:36

Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişdi

15:19

Mahir Şükürovun Ronaldu ilə bağlı xatirəsi: İki dəfə formasını alıb

14:59

Naxçıvan idmançısı ölkə çempionu oldu

14:44

Türk futbolçular Super Liqada "sönüb" - STATİSTİKA

14:21

Ulduz futbolçu komanda yoldaşını suladı - VİDEO

14:08

“Xocalı” klubu “Class İnfo Travel” şirkəti ilə əməkdaşlığa start verdi - FOTOLAR

13:58

Yığmalara baş məşqçilər təyin olundu

13:43

Neymar üçün il başa çatdı

13:30

Vinisiusdan baxımlı qol - VİDEO

13:18

Cavid Hüseynovun komandası yenə xal itirdi

13:04

Bir oyunda iki yubiley

12:50

“Sabah”dan üç rekord

12:44

122 yaşlı "Barselona" - Tarixi faktlar 

Facebookdan bizi izləməyi unutmayın.