Azərbaycan para-pauerliftinqçisi Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 86 kiloqramdan ağır çəki dərəcəsində mübarizə aparan idmançı 62 kq ağırlığı ram edərək gənclər arasında yarışın qalibi olub.
Digər təmsilçimiz Zəhra Dadaşova (50 kq) isə çıxışını bürünc medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan komandası dünya çempionatına 4 nəfərlik heyətlə qatılıb. Yarışa dekabrın 5-də yekun vurulacaq.