2022-ci ildə keçiriləcək para-cüdo üzrə dünya çempionatına Bakı ev sahibliyi edə bilər.
Bu barədə Fanat.Az-a Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov məlumat verib.
Həmçinin Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti postunu tutan funksioner yarışın noyabrda paytaxtımızda baş tutacaq ənənəvi "Böyük Dəbilqə" turnirindən sonra keçirilməsinin mümkün olduğunu bildirib.
Qeyd edək ki, para-cüdo üzrə dünya çempionatı sonuncu dəfə 2018-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilib. Həmin yarışda Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.
Sahib