VI Uşaq Paralimpiya İdman Oyunları COVID-19 pandemiyası ilə bağlı yumşalmalar nəzərə alınaraq bu il mərhələli şəkildə 5 idman növü üzrə keçirilib.
Fanat.Az xəbər verir ki, oyunlarda respublikanın müxtəlif regionlarından, eyni zamanda, Naxçıvan Muxtar Respublikasından olan paralimpiyaçı uşaqlar iştirak ediblər.
Cüdo, pauerliftinq, stolüstü tennis, taekvondo və üzgüçülük idman növləri üzrə müxtəlif kateqoriyalarda 100-dən artıq fiziki məhdudiyyətli uşağın iştirak etdiyi Oyunlarda 21 dəst medal sahibini tapıb.
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə “Azercell Telekom” MMC və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılıb. 2015-ci ildən başlayaraq hər il ənənəvi olaraq Uşaq Paralimpiya İdman Oyunları keçirilir.