15:05 29.04.2022 783

Paralimpiya Komitəsində vitse-prezidentlərin sayı azaldıldı, bu vəzifə ləğv olundu

Azərbaycan Milli Paralimpiya Komitəsininin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-nın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, toplantıda qurumun prezidenti İlqar Rəhimov çıxış edərək MPK-nın strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resusrlarının qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv olunmasının məqsədəuyğun hesab etdiyini bildirib.

Rəhimov komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.

Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib və İK-nın bir sıra qərarları qəbul edilib:

1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv edilsin.

2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin icraçı direktor vəzifəsi təsis olunsun.

3. Babayev Eldar İbrəhim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.

4. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti Ümumi Yığıncaqda təsdiq olunsun.

Komitənin yeni təsis olunmuş icraçı direktor vəzifəsində çalışacaq Eldar Babayev bundan öncə UNICEF-in layihələri əsasında Uşaq Paralimpiya Komitəsində idman növləri üzrə təlimatçı, daha sonra isə Komitə prezidentinin köməkçisi vəzifələrində çalışmışdır. Eyni zamanda E.Babayev 2019 və 2021-ci illərdə Bakıda keçirilmiş “IBSA JUDO GRAND PRIX” yarışlarında təşkilat komitəsinin üzvü olub.

İcraiyyə Komitəsinin iclası bitdikdən sonra Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. O, idman şöbəsinin müdiri vəzifəsinin icrasını da davam etdirəcəkdir. Mürsəlov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında və Pekin-2022 Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" inamlı qələbəyə sevindi

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X