Azərbaycan para-atletika yığması baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında Bakıda təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, mayın 20-dək davam edəcək toplanış 22 – 29 mayda İsveçrənin Nottvil şəhərində, daha sonra isə 23-30 iyun tarixlərində Tunisdə keçiriləcək Qran-Prilərə hazırlıq məqsədi daşıyır.