Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb.
Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq medalsız qalıb.