Üzgüçülük üzrə Azərbaycan paralimpiya komandası Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatına yollanıb.
Fanat.Az xəbər verir ki, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi Roman Saley və yarışın digər çempionu Vəli İsrafilov yer alıb.
Onlar yarışda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, iyunun 18-dək davam edəcək dünya çempionatı Paris Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.