Azərbaycanın boccia idman növü üzrə paralimpiya komandasının üzvləri Polşanın Poznan şəhərində qitələrarası çempionatda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yığma yarışa baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında 6 idmançı ilə qatılacaq.
Qeyd edək ki, turnir Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.