Azərbaycan ilk dəfə para-badminton üzrə beynəlxalq turnirdə təmsil olunur.
Fanat.Az xəbər verir ki, para-badmintonçu İbrahim Əliyev Dünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirə qatılıb.
İndoneziyanın Cokyakarta şəhərində təşkil olunan "FOX's Indonesia Para Badminton International 2022" adlı beynəlxalq turnirdə 15 ölkədən idmançılar mübarizə aparır. Yarış avqustun 28-dək davam edəcək.
Qeyd edək ki, para-badminton üzrə milli komandamızın məşqçisi Teymur Abbasovdur.