Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri 30 avqust-5 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kalyari şəhərinə yola düşüblər .
Fanat.Az xəbər verir ki, yığma yarışa kişi və 2 qadın olmaqla ümumilikdə 7 idmançı ilə qatılacaq.
Kişilər
İlham Zəkiyev (+90 kq), J1
Zakir Mislimov (-90 kq), J1
İsmayıl Muradov (-60 kq), J1
Anar İsmayılzadə (-73 kq), J1
Namiq Abaslı (-73 kq), J2
Qadınlar
Xatirə İsmiyeva (+70 kq), J1
Dürsədəf Kərimova (+70 kq), J2
Eyni zamanda Kalyaridə idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək.
Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.