Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan millisinin 2 üzvü Avropa çempionatının bürünc medalını qazanıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Namiq Abbaslı (73 kq, J2) və İsmayıl Muradov (60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının bürünc medallarına sahib olublar.
Sentyabrın 3-ü İlham Zəkiyev (+90 kq, J1), Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) tatami üzərinə çıxacaqlar.