Sentyabrın 5-də Fransanın paytaxtı Parisdə parataekvondo üzrə Qran-Pri turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın dörd idmançısı iştirak edərcək. Baş məşqçi Fərid Tağızadə yetirmələrindən Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Röyalə Fətəliyevaya (47 kq) şans verəcək. İdmançıların hamısı K-44 kateqoriyasındadır.
Qeyd edək ki, turnir Paris-2024 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Qaliblər aktivlərinə 60 xalı əlavə edəcək.