Azərbaycanın para-cüdo yığmaları Bakıda keçiriləcək dünya çempionatına hazırlaşır.
Fanat.Az xəbər verir ki, təlim-məşq toplanışı Göygöl Olimpiya İdman Kompleksində keçirilir.
Kişilərdən ibarət komandaya İbrahim İbrahimov, qadın millisinə isə Ramin İbrahimov rəhbərlik edir.
Qeyd edək ki, dünya çempionatı 8-10 noyabrda baş tutacaq.