12:53 29.10.2022 474

Millinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan Milli Paralimpiya Komitəsində kişilərdən və qadınlardan ibarət para-cüdo üzrə milli komandanın məşqçiləri ilə görüş keçirilib. 

Fanat.Az xəbər verir ki, görüşdə komitə prezidenti İlqar Rəhimov, Bakıda təşkil olunacaq dünya çempionatının Təşkilat Komitəsinin sədri, komitə prezidentinin köməkçisi Kamal Məmmədov, komitənin vitse-prezidenti İlham Zəkiyev, kişilərdən ibarət milli komandanın baş məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət yığmanın baş məşqçisi Ramin İbrahimov, məşqçilər Azad Zahidov, Emin Baydullayev, Kamran Həmzəyev, Elvin Əliyev və komitə nümayəndələri iştirak ediblər.

Görüş zamanı komitə prezidenti İ.Rəhimov dünya çempionatına çox az vaxtın qaldığını, Təşkilat Komitəsinin çempionata tam şəkildə hazırlandığını bildirib. Daha sonra İ.Rəhimov baş məşqçilərdən idmançıların fiziki və psixoloji vəziyyəti ilə  maraqlanıb. 

Kişilərdən ibarət milli komandanın baş məşqçisi İ.İbrahimov idmançıların Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışından yeni qayıtdıqlarını, çempionata tam şəkildə hazır olduqlarını qeyd edib. 

Qadınlardan ibarət milli komandanın baş məşqçisi R.İbrahimov isə öz növbəsində bildirib ki, idmançılarımız yüksək əhval-ruhiyyədədir. Eyni zamanda onların doğma divarlar arasında yüksək nəticələr əldə edib, xalqımızı sevindirəcəklərindən əmin olduğunu qeyd edib.

Daha sonra isə dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının adları açıqlanıb. 

Kişilər

Muradov İsmayıl -60 kq J1
Əhmədov Aydın -60 kq J2
Mustafayev Bayram -60 kq J2
Şirinli Vüqar -60 kq J2
Əliyev Amil -73 kq J1
Abaslı Namiq -73 kq J2 
Rəhimli Hüseyn -73 kq J2 
Qəniyev Xəyal -90 kq J1 
Mislimov Zakir -90 kq J1
Ağayev Kamil -90 kq J2
Şabiyev Taleh -90 kq J2
Zəkiyev İlham +90 kq J1
İsmayılzadə Əlican +90 kq J2
Abdullaxanlı Kənan +90 kq J2
İsmayılov Abdulla +90 kq J2

Qadınlar

Hacıyeva Şəhanə -48 kq J2 
İbrahimova Əsma -48 kq J2
Seydova Vəfa -57 kq J1
Abdullayeva Səbinə -57 kq J2
Hüseynova Xanım -70 kq J2
İsmiyeva Xatirə +70 kq J1
Kərimova Dürsədəf +70 kq J2

Dünya çempionatı öncəsi Beynəlxalq Paralimpiya Komitəsinin həkimlərinin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək. Azərbaycan milli komandasının 17 idmançısı da (Əhmədov Aydın, Mustafayev Bayram, Şirinli Vüqar, Əliyev Amil, Rəhimli Hüseyn, Qəniyev Xəyal, Mislimov Zakir, Ağayev Kamil, Şabiyev Taleh, İsmayilzadə Əlican, Abdullaxanlı Kənan, İsmayılov Abdulla, Hacıyeva Şəhanə, İbrahimova Əsma, Seydova Vəfa, Abdullayeva Səbinə, Hüseynova Xanım) tibbi təsnifatda iştirak edəcəklər. Göz tibbi təsnifatından uğurla keçmiş idmançılar yarışa qatılacaqlar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X