15:49 04.09.2021 3391

"Hamı kimlərlə güləşdiyimi gördü" - İlham Zəkiyev

Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo üzrə bürünc mükafatçısı İlham Zəkiyev Fanat.Az-a müsahibə verib. Paralimpiadalarda dördüncü medalını qazanan millimizin +100 kiloqram çəki dərəcəsindəki üzvü nəticəsindən, keçirdiyi görüşlərdən və yarış öncəsi ona qarşı inamsızlıqdan danışıb. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti postunu tutan ikiqat Paralimpiya çempionu yığmamızın çıxışını da dəyərləndirib.

- Artıq 41 yaşınızın olduğunu nəzərə alaraq, hər kəs bürünc medalı sizin üçün böyük uğur hesab elədi. Bəs özünüz necə düşünürsünüz?

- Zədələri və səhhətimlə bağlı yaranan problemləri nəzərə alıb nəticəni mən də özüm üçün uğurlu sayıram. Üstəlik, hamı orada kimlərlə güləşdiyimi gördü. Rəqiblərimin hamısı görmə imkanı olan idmançılar idi. Hazırda tam görmə məhdudiyyəti olan cüdoçularla zəif də olsa görənlərin ayrılıqda mübarizə aparması ilə bağlı müzakirələr gedir. Paris 2024-ə qədər həllini tapmasını gözləyirik. Belə olsa, hər şey ədalətli olacaq.

- 2019-cu ildə keçirilən Avropa çempionatında uzun illər sonra ilk dəfə fərdi yarışı qızıl medalsız başa vurmuşdunuz. Üstəlik, bu ilin mayında Bakıda keçirilən Qran Pri-də çıxışınız uğurlu alınmamışdı. Belədə etiraf edək ki, sizinlə bağlı inamsız danışanların sayı az deyildi. Bunlar motivasiyanıza necə təsir edib?

- Özümə deməsələr də, qulağıma bəzi sözlər çatırdı.   Eşidirdim, danışırmışlar ki, daha qocalıb, ora getsə də heç nə edə bilməyəcək. Fikir verməməyə çalışmışam. Odur ki, nə əhvalım korlanıb, nə də özümü kimlərəsə sübut etmək ehtiyacı duymuşam. Hər zaman necə inam və təmkinlə hazırlaşmışdımsa, indi də elə oldu. Bundan sonra da elə olacaq.

- Bu, dördüncü Paralimpiya medalınızdır. Hər mükafatın ayrıca xatirəsi, dəyəri olur. Tokio 2020-dəki "bürünc"ün sizin üçün əsas özəlliyi nədir? 

- Deyərdim ki, "qızıl"a bərabərdir. Cənubi Koreya cüdoçusu ilə görüşdə iki barmağım sınsa da, yarışa davam edib bu medalı qazandım. Getməmişdən öncə də açıqlamalarımda demişdim heç nəyə baxmayaraq sona kimi mübarizə aparacağam, bir daha sübut edəcəyəm ki, Azərbaycan əsgəri yaralı halda da təslim olmur.

- Birinci mərhələdə Böyük Britaniya cüdoçusuna qarşı işlətdiyiniz fənd kifayət qədər baxımlı alındı. Səhv etmirəmsə, o fəndi ilk dəfə istifadə edirdiniz.

- İki il əvvəl Bakıda keçirilən Qran Pri yarışında yaponiyalı Paralimpiya çempionu Masaki Kentoya da həmin fəndi atmışdım. Düzdür, onda elə də effektiv alınmamışdı. İndiki daha baxımlı oldu.

- Siz həm də Milli Paralimpiya Komitəsinin vitse-prezidentisiniz. Komandamızın Paralimpiadadakı yekun nəticəsini dəyərləndirərsiniz. Başqa sözlə, bu dərəcədə uğurlu çıxış gözlənilən idimi? 

- Poqnozlar əsasən "qızıl" sayı ilə bağlı idi. Londondakı rekordun yenilənməsini gözləyirdik. İdmançılarımız nəinki o rekordu qırdı, bunadək iştirak etdiyimiz bütün Paralimpiya Oyunlarında əldə olunandan daha artıq sayda qızıl medal qazandılar. Uğurlu çıxış gözlənilən idi, amma bu dərəcəsi şəxsən mənim üçün xoş sürpriz oldu. Sadəcə, güllə atıcılığı və taekvondo növlərində uğursuzluq yaşandı. Səbəbləri barədə müzakirələr olacaq.

- Sizcə, indiki nailiyyəti yaxın gələcəkdə təkrarlamaq mümkün olacaq?

- İldən-ilə Milli Paralimpiya Komitəsinə müraciət edənlərin sayı artır. İndiki nəticələrdən ruhlanıb gələnlər çox olacaq. Bu da rəqabətin artması deməkdir. Aydındır ki, rəqabət olan yerdə inkişaf da var. Ancaq 14 "qızıl" elə bir göstəricidir ki, bunu təkrarlamaq hər dəfə mümkün olmaya bilər.

Sahib Əsadbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" inamlı qələbəyə sevindi

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X