Martın 6-da Macarıstanın paytaxtı Budapeştdə qılıncoynatma üzrə Qran-Pri yarışlarına start verilib.
Fanat.Az xəbər verir ki, turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edir.
Qeyd edək ki, turnirdə 63 ölkədən 313 idmançı birincilik uğrunda yarışır. Turnirə martın 8-də yekun vurulacaq.