Azərbaycanın qadın sablyaçıları Anna Başta, Səbinə Kərimova və Sevil Bünyatova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumrusiya Açıq Turnirində iştirak edib.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Başta pley-offda da uğurlu çıxışla yadda qalıb.
Rusiyanın güclü sablyaçılarının yarışdığı turnirin finalında yerli Olqa Nikitinaya 6:15 hesabı ilə uduzan qılıncoynadan gümüş medala layiq görülüb.
Qrup mərhələsini uğurla adlyan Kərimova və Bünyatova isə mübarizəni pley-offda dayandırıb.
Fanat.Az