Ötən gün dünyasını dəyişmiş qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin məşqçisi Cahangir Səfərovun xatirəsi Türkiyənin İstanbul şəhərində start götürən “European Cadet Circuit” turnirində anılıb.
Fanat.Az xəbər verir ki, yarışdan əvvəl mütəxəssisin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, Cahangir Səfərov turnirlə əlaqədar İstanbul şəhərində səfərdə olarkən ürəktutmasından vəfat edib.