16:58 20.11.2021 553

Azərbaycanda televiziya rəhbəri federasiya prezidenti oldu

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

Fanat.Az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbir iştirakçılarını salamlayan Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Qılıncoynatma Federasiyasının üzvlərinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Mikayıl Cabbarov Azərbaycan qılıncoynatma ailəsinin üzvü kimi böyük fəxr hissi ilə bildirib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rolunu xüsusilə vurğulayıb. Milli komandamızın üzvü Anna Baştanın 23 yaşadək sablyaçılar arasında Avropa çempionluğu, idmançımızın TOKİO-2020 Yay Olimpiya Oyunlarında iştirakı, sablyaçımız Zərifə Hüseynova, şpaqaçımız Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar, yeni qılıncoynatma zallarının istifadəyə verilməsi və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Mikayıl Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilbi.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

Qeyd edək ki, Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorudur.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Yanvar 2022
16:08

Millimizin baş məşqçisi: "İspaniya ilə görüşdəki kimi oynamalıyıq"

15:51

Yenilənən “Neftçi” güclənib, ya zəifləyib?

15:32

Günün transfer xəbərləri: İnsayderlərdən son məlumatlar

15:15

Hakimlər köynəkdən bayraq kimi istifadə etdilər - VİDEO

14:59

Baş nazirin müavini Olimpiadanın açılış mərasimində iştirak edəcək

14:43

"Neftçi"nin yeni transferi azərbaycanlı futbolçu statusunda oynayacaq

14:27

"Xan Lənkəran" alman klubuna qalib gəldi

14:10

Olimpiya və dünya çempionları Bakıya gəlir

13:52

Millimizin iki üzvü sıraya döndü, biri isə ...

13:36

Çerçesovun rəsmi debütü uğurlu alınmadı

13:19

"Murov"un qələbəsi FOTOLARDA

13:03

Turan Manafovun Yunanıstanda debütü baş tutmadı

12:46

Bakı birinciliyi start götürdü

12:31

DÇ-nin seçmə mərhələsi: Amerikada "qırmız gecə"

12:15

Türkiyə çempionatında legioner limiti dəyişdi

11:59

Azmun Dzyubaya: "Səni sevirəm, Artyomçik!" - VİDEO

11:42

"Tata Steel Masters": Məmmədyarov Rusiya şahmatçısı ilə üz-üzə

11:28

"Xan Lənkəran" Almaniya təmsilçisi ilə üz-üzə

11:13

Portuqaliya Qran-Prisi: İki cüdoçumuz mübarizəyə başlayır

10:57

Günün transfer xəbərləri: "Arsenal"ı Cerrardın klubuna dəyişdi

10:41

Millimizin lideri "sülh bağladı", komandası yenə uduzdu

10:25

“Neftçi” yeni transferini belə təqdim etdi - VİDEO

10:12

Rafael Ağayev üçün özündən 12 yaş kiçik rəqib

09:51

Namik Ələskərovun klubunda böhran: Transfer edə bilmir!

09:30

"Dinamo Zaqreb" Mahir Emrelinin transferindən geri çəkildi

09:00

"Büdcənin azalması akademiyamıza təsirsiz ötüşmədi" - Fariz Nəcəfov

08:00

Danimarka millisinin üzvü Madrid klubunda - RƏSMİ

02:37

Milan "İnter"i alman futbolçunu heyətinə qatdı

01:08

"Mançester Yunayted"in yarımmüdafiəçisi "Reyncers"də

00:19

Məşhur mütəxəssis Acunun klubunun baş məşqçisi oldu

27 Yanvar 2022
23:51

"Milan" 18 yaşlı hücumçu transfer etdi

23:25

Kim gəlir, kim gedir - YENİLƏNİR

23:05

"Neftçi" növbəti transferini rəsmiləşdirdi

22:42

"Ronaldu bir neçə smayl göndərib akkauntumuzu blokladı"

22:26

"Qarabağ" "Olimpik Marsel"lə neytral ölkədə qarşılaşa bilər - SƏBƏB

21:22

İran DÇ-2022-yə vəsiqə qazandı

21:05

Portuqaliyada Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq

21:02

Super Liqa klubu yeni baş məşqçisini açıqladı

20:50

"Murov" MOİK-i yendi

20:21

Şevçenko bu səbəbdən Polşa millisini çalışdıra bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.