Azərbaycanlı ikiqat Olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib.
Fanat.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd olub.
O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib.
Qeyd edək ki, İlqar Məmmədov Seul-1988-də keçmiş SSRİ, Atlanta-1996-da Rusiya komandasının tərkibində Olimpiya çempionu olub. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi.
İ.Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının sabiq prezidenti Yaşar Məmmədovun oğludur.