Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə keçirilən qadınların Dünya Kubokunda komanda yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət yığmamız ilk görüşdə Polşa kollektivinə 45:43 hesabı ilə qalib gəlib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya millisinə 32:45 hesabı ilə uduzan komandamız 5-8-ci yerlər üçün keçirilən görüşlərdə Bolqarıstan (45:33) və Yaponiyanı təmsil edən qadın sablyaçılara (45:34) qalib gələrək yekun sıralamada 22 ölkə arasında 5-ci olub.