Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun keçiriləcək. "Olimpik” (Şəki) “Gəncə” ilə qarşılaşacaq.
Görüş Astarada baş tutacaq.
Gəncə təmsilçisi qələbə təqdirində yenidən liderliyə yüksələcək.
15:00 "Olimpik" (Şəki) – "Gəncə"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sərhədçi" NTD-ni 93:92, "AAAF Xırdalan" "Neftçi"ni 83:68, "Sabah" "Zirvə Astara"nı 97:88 hesabıyla məğlub edib.