Azərbaycan paralimpiyaçıları cari ildə beynəlxalq turnirlərdə 77 medal qazanıblar.
Fanat.Az xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib.
77 medalın 26-sı qızıl, 18-i gümüş, 33-ü isə bürünc əyyarlıdır.