Parataekvondo rəsmi olaraq 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarının proqramına daxil edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin İdarə Heyəti qərar qəbul edib.
Xatırladaq ki, Azərbaycan parataekvondoçuları 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında debüt edib. Yarışlarda Röyalə Fətəliyeva (49 kq), İmaməddin Xəlilov (61 kq) və Əbülfəz Abuzərli (75 kq) mübarizə aparıblar.