12:46 16.03.2023 422

Firdovsi Umudovdan yeni baş məşqçi təyinatına münasibət

Azərbaycan sərbəst güləş millisinin keçmiş baş məşqçisi Firdovsi Umudov Xetaq Qazyumovun yığmaya baş məşqçi təyin olunmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu sözləri yazıb:

"Ölkəmizin sərbəst güləş üzrə yığma komandası Xetaq Qazyumova tapşırıldı. Uzun illər yığma komandamızın kapitanı olmuş Xetaqı yaxından tanıyan biri kimi bu təyinatı olduqca uğurlu hesab edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram.

Xetaq hər zaman öz insani keyfiyyətləri, peşəkarlığı, işinə məsuliyyətli yanaşması və stabilliyi ilə seçilən idmançılarımızdan olub və uzun illər onunla bir yerdə çalışmaqdan hər zaman zövq almışam.

2007-ci ildən etibarən Azərbaycanın idman şərəfini qoruyan Xetaq Qazyumov Yay Olimpiya Oyunlarının 3 dəfə mükafatçısı, dünya və 3 qat Avropa çempionu, Bakı-2015 I Avropa Oyunlarının qalibi olub, daha bir neçə dəfə dünya və Avropa çempionatlarında müxtəlif əyarlı medal qazanıb.

İdmançı karyerasını başa vurduqdan sonra Şimali Osetiya yığmasının baş məşqçisi olan Xetaq hər zaman Azərbaycana olan sevgisi ilə yadda qalıb və ölkəmizin onun üçün etdiklərini heç zaman unutmayıb. Onunla yığma komandada idmançı-məşqçi münasibətlərimiz başa çatsa da, bu illər ərzində daim ünsiyyətdə olmuşuq, münasibətlərimiz hər zaman davam edib. Eyni sözləri yığma komandada məşqçi vəzifəsini yerinə yetirəcək Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov haqqında da demək istərdim. Azərbaycan Güləş Federasiyası rəhbərliyinin bu seçimini dəstəkləyir və yeni məşqçilərə gələcək fəaliyyətində uğurlar arzulayıram!".

Qeyd edək ki, Xetaq Qazyumov ötən gün sərbəst güləş yığmasına baş məşqçi təyin olunub. O, bu postda Namiq Abdullayevi əvəzləyib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X