Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Bu gün yarışda istirahət günüdür. Sabah baş tutacaq yeddinci turda Günay bu turda Qoryaçkina ilə üz-üzə gələcək..
Təmsilçimiz ilk turda qara fiqurlarla O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci və üçüncü turlarda müvafiq olaraq Katerina Laqno və Polina Şuvalovaya (hər ikisi FIDE) yenilib. Dördüncü və beşinci turlarda isə Assaubayeva, Çonqyi və Xotenaşvili ilə "sülh bağlayıb". Hazırda o, 2,5 xalla turnir cədvəlində 8-10-cu yerləri bölüşdürür. Laqno, Dronovali, Vaqner və Çonqyi hərəyə 4 xalla ilk üç pillədə yer alıblar.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.