UEFA Konfrans Liqasının 2022/2023 mövsümünə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən final görüşündə İngiltərənin "Vest Hem" klubu İtaliya "Fiorentina"sına 2:1 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan İngiltərə təmsilçisinin baş məşqçisi Devid Moyes qələbəni belə şərh edib:
"Bu mövsüm Avropada heç bir matçda məğlub olmamışıq. Bu, inanılmazdır! Gələn mövsüm yenidən Avropa Liqasında çıxış edəcəyimiz üçün şadıq. Hər gün son dəqiqədə qalib gəlib, ailənizlə birlikdə kuboku qeyd etmirsiniz. Uşaqlar əla çıxış etdilər. Ötən mövsüm məyus olmuşduq. Həmin məyusluğu super mövsümə çevirdik. Premyer Liqada və avrokuboklarda eyni vaxtda oynamaq asan deyil, amma bunu bacardıq. Bu turnir bizim üçün mükəmməl oldu".
Röya