"Qarabağ"ın zədəli futbolçularının - Elvin Cəfərquliyevlə Marko Veşoviçin durumuna aydınlıq gəlib.
Fanat.Az-ın məlumatına görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una qarşı keçirilən matçda (2:3) xəsarət alan Cəfərquliyevin zədəsi ciddi deyil.
Müdafiəçi "Rakuv"la cavab qarşılaşmasında "köhlən atlar"a kömək edə biləcək. Polşadakı oyunda iştirak etməyən Veşoviçə gəlincə, Monteneqro millisinin üzvü bir ay meydana çıxmayacaq.
Nihat