Taekvondo üzrə Səudiyyə Ərəbistanı millisi Azərbaycana səfərə gəlib.
Fanat.Az xəbər verir ki, Kurban Buqdayevin rəhbərlik etdiyi komanda sentyabrın 16-na qədər Bakıda olacaq.
Onlar Taekvondo Federasiyasının idman zalında Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışı keçirlər. Qonaqlar ölkəmizə 18 idmançı ilə gəliblər.