Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Oyun ərəfəsində futbola xüsusi marağı ilə tanınan millət vəkili Fazil Mustafa ilə əlaqə saxlayıb Norveç təmsilçisi ilə matçdan nə gözlədiyini soruşduq.
Fazil bəyin Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" yetkin bir sistem komandasıdır. Belə bir komandanın olması bizi sevindirir. Dünyanın, Türkiyənin ən bahalı oyunşularından ibarət komandalarına baxanda açıq şəkildə görürük ki, buna baxmayaraq, həmin klubların arzulanan, düşünülən oturuşmuş sistemləri yoxdur. "Qarabağ"da isə zəif oyunçu belə, həmin sistemin içində yetkinləşir və komandaya ciddi töhfə verməyə başlayır. O baxımdan “Mölde” ilə görüşdə də istənilən nəticə, hətta məğlubiyyət də ola bilər, amma sınıq-salxaq, sökülən komanda görməyəcəyik. “Qarabağı” sevdirən də əsas odur. Bu da Qurban Qurbanovun məşqçilik fəaliyyətinin əsas keyfiyyəti, xüsusiyyətidir. “Mölde” ilə görüşdə də dirəniş göstərən, öz oyununu diktə edən “Qarabağı” görəcəyik. Könlümüz arzu edir ki, Qarabağın azad olunması hadisələri fonunda “Qarabağ” futbol klubu da qələbə çalsın. Amma bu, futboldur, hər şey ola bilər. “Qarabağ”ın əzmkarcasına mübarizə aparacağına heç bir şübhəm yoxdur. Qələbə gözləyirəm. Əsas odur ki, sistemi pozulmayan və meydanda ləyaqətlə mübarizə aparan komandamıza güvənirik”.
Nihat