17:29 06.10.2023 3885

Medina, Yankoviç və Benziya meydanın ən yaxşılarıdır, bəs Lunyov? - QİYMƏTLƏNDİRMƏ

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"in qonağı olan "Qarabağ" evə 1:0 hesablı qələbə ilə döndü və H qrupundakı vəziyyətini bir qədər də yaxşılarşdırdı.

Fanat.Az-ın qiymətləndirməsi ilə tanış olun:

Аndrey Lunyov – 7,0. 

Rus qapıçı böyük təzyiq qarşısında qalmasa da, iki epizodda komandasını real qoldan xilas etdi. Qolkiper özünəinamlı çıxışla yadda qaldı ki, bu da komandanın uğuru üçün olduqca vacibdir. Bir epizodda yol verdiyi səhvi nəzərə almamaq da olar. Əsas odur ki, Andreyin səhvi ağır sonluqla nəticələnmədi.

Elvin Cəfərquliyev – 6,5. 

Milli üzvü ondan gözlənilən oyunu bu dəfə də sərgilədi. Müdafiədə işi çox olmayan Elvin hücuma yetərincə dəstək verə bildi. Təbii ki, potensialı daha artığına da imkan verir.

Кеvin Medina – 7,5. 

Müdafiənin "dirəyi" yenə öz səviyyəsinə uyğun oyunla diqqət çəkdi. Müdafiədə işini inamla görən kolumbiyalı standart vəziyyətlər zamanı rəqibə çətin anlar yaşadır, qarşı tərəfin təzyiqdə saxlanılmasına yardımçı olurdu.

Bədavi Hüseynov – 6,5.

Bədavi əvvəlki formasından uzaq olsa da, Bəhlul Mustafazadənin yoxluğunu o qədər də hiss etdirmədi. Düzdür, müəyyən səhvləri var idi, amma ümumilikdə normal oyunla yadda qaldı

 Мateus Silva – 7,5.

Braziliyalı müdafiəçi meydanın ən yaxşılarından idi. Rəqib hücumlarının qarşısını inamla kəsir, ön xətdə reydləri ilə canlanma yaradırdı. Qapıya endirdiyi zərbələr dəqiq olmasa belə, yüksək performans sərgilədiyi faktdır.  

Julio Romao – 6,0. 

Matçın əvvəllərində rəqib futbolçu Mikkel Rüqora qarşı kobudluq etdiyi epizoddan sonra "Qarabağ"ın qapısına penalti təyin edilə bilərdi. Bir neçə mövqe səhvi fonunda topla səliqəsiz davrandığı epizodlar da oldu. 

Marko Yankoviç – 7,5. 

Qolun vurulduğu epizodda hücumu başlayan monteneqrolu yarımmüdafiəçi əvvəldən sonadək inamla çalışdı.

Yassin Benziya – 7,5. 

Qolun ötürməsini verən Benziya ümidləri doğrultdu. Məlum məsələdir ki, bu, 77 dəqiqə meydanda olan orta xətt oyunçusnun maksimumu deyil. Ancaq Yassin sübut etdi ki, müəyyən dərəcədə formaya düşəndə komandasına ciddi fayda verə bilir.

Leandro Andrade – 6,5. 

Bu, təbii ki, Leandronun ən yaxşı matçlarından biri deyildi. Qapıya zərbələri uğurlu sonuc gətirməyən kabo verdeli orta səviyyəli çıxışla diqqət çəkdi.

Abdulla Zubir – 6,5. 

"Hekken"in baş məşqçisinin hücumda aktivlik nümayiş etdirən Zubiri "bağlamağı" öncədən nəzərə aldığı sezilirdi. Təbii ki, əcnəbi vinger daha yaxşı oynaya bilərdi.

Juninyo – 7,5. 

Oyunun əvvələrində matçın ritmini tutmağa çətinlik çəkən hücumçu ən vacib olanı etdi. Dönərək vurduğu qol şübhəsiz qarşılaşmanın ən parlaq anı idi. 

Maksim Medvedev – 6,5. 

68-ci dəqiqədə Bədavini əvəzləyən təcrübəli müdafiəçi sona yaxın rəqibin real qol imkanını əngəllədi. 

Hamidu Keyta - qiymətsiz.
Patrik Andrade - qiymətsiz.
Toral Bayramov - qiymətsiz.

Qeyd: Qiymətləndirmə 10 ballıq şkala üzərindən aparılıb və meydana 75-ci dəqiqədən sonra çıxan futbolçular qiymətləndirilməyib.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X