UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" noyabrın 30-da Norveçin "Molde" komandasının qonağı olacaq
Ağdam klubunun sabiq hücumçusu Rauf Əliyevlə əlaqə saxlayıb təmsilçimizin səfər oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qrupda "Qarabağ"ın əsas rəqibi "Molde"dir. Bu oyundan çox şey asılıdır. "Molde"nin üstünlüyü öz meydanında oynamasıdır. "Qarabağ" öz oyununu oynasa, Norveç səfərindən qalib ayrıla bilər. Hər halda, bərabərlik də normal nəticə hesab ediləcək. Çünki təmsilçimizin daha sonra evdə "Hekken"ə qarşı da matçı var. "Qarabağ" bu səfərdə məğlub olmasa, qrupdan çıxacaq".
Nahid Məmmədov